Çili Prezidenti sammiti təxirə saldı


Dünya 30 Okt 2019 21:40:00 262 0

Çili Prezidenti sammiti təxirə saldı

Çili Prezidenti Sebastyan Pinyera noyabr ayında Santyaqoda keçirilməsi planlaşdırılan Asiya-Sakit okean İqtisadi Əməkdaşlıq (APEC) təşkilatının sammitini təxirə salıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu qərar bir neçə həftədir ki, ölkədə davam edən etiraz aksiyaları ilə bağlı qəbul edilib.

Bundan başqa, Çili hökuməti COP25 iqlim forumunu da təxirə salmalı olub.

Sammitin və forumun hansı vaxtda keçiriləcəyi barədə məlumat verilmir.