Xadimə işlədiyi idman kompleksindən oğurluq edib


Kriminal 30 Okt 2019 21:25:00 314 0

Xadimə işlədiyi idman kompleksindən oğurluq edib

Beyləqan şəhəri ərazisindəki idman kompekslərinin birində oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Beyləqan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 28-də şəhər ərazisindəki idman kompekslərinin birində Bakı şəhər sakini T.Şərifovun çantasından 940 manat oğurlamaqda şübhəli bilinən, orada xadimə işləyən rayonun Qəhrəmanlı kənd sakini R.Novruzova saxlanılıb.