Zair və Günay İnstaqram reklamından nə qədər qazanır?


Şou-biznes 30 Okt 2019 18:49:00 392 0

Zair və Günay İnstaqram reklamından nə qədər qazanır?

"Zaur Fransaya "Ford boyard" layihəsinə getmişdi. İnstaqramı açdım ki, Zauru izləyim. Sonra gördüm ki, yaxşı işdir. Zaur gələndə dedim ki, İnstaqram açmışam".

Son.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Günay Baxşəliyeva "ASAN radio"da qonaq olarkən deyib. O, İnstaqram səhifəsi açmasından danışıb.

Aparıcı Zaur Baxşəliyev isə ilk vaxtlar Günaya əsəbiləşdiyini etiraf edib:

"Günay bunu deyəndə acıqlandım. Qayıtdım ki, yox, bəlkə bir "Facebook" da açasan? Sosial medianı qəbullana bilmirdim. Azərbaycan üçün yeni idi. Hələ xaricdə ulduzlar canlı yayımı açırdı, təəccüblənirdim. Deyirdim ki, niyə oturub kamera qabağında özləri danışırlar. Zamanla gördüm ki, bununla ayaqlaşmaq lazımdır".

Zaur daha sonra İnstaqram səhifələrində reklamdan qazandıqları məbləğlə bağlı sualı cavablandırıb: