Azərbaycan Rabitə Administrasiyasının 3 nümayəndəsi BTİ-də rəhbər vəzifələrə seçilib (FOTO)


Digərləri 30 Okt 2019 18:30:00 310 0

Azərbaycan Rabitə Administrasiyasının 3 nümayəndəsi BTİ-də rəhbər vəzifələrə seçilib (FOTO)

Azərbaycan Rabitə Administrasiyasının 3 nümayəndəsi BTİ-nin Radiorabitə Bürosunun Tədqiqat qruplarında rəhbər vəzifələrə seçilib

Bakı. Misirin Şarm-əl-Şeyx şəhərində Ümumdünya Radiorabitə Konfransının açılışı olub. Tədbiri Misir Prezidenti Əbdül Fəttah Əl-Sisi açıq elan edib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, sonra BMT-nin baş katibi Antonio Quterresin konfrans iştirakçılarına ünvanladığı video müraciəti yayımlanıb. Konfrans 4 ildən bir keçirilən yüksək səviyyəli tədbirdir. Sözügedən tədbirlər çərçivəsində radiorabitə sahəsi üzrə yeni texnologiyalar, o cümlədən 2020-ci ildən geniş tətbiqi nəzərdə tutulan 5G texnologiyasına radiotezliklərin ayrılması, müxtəlif sahələrdə tətbiq olunacaq innovativ radiotexnologiyalar üçün radiotezliklərin müəyyənləşdirilməsi və onların tətbiqi zamanı qarşılıqlı maneə təsirlərinin yaranmaması üçün ölkələr arasında koordinasiya şərtlərinin müəyyən edilməsi və digər aidiyyəti məslələrə dair müzakirələr aparılır.