Yeni alınan avtobusları idarə etmək üçün sürücü axtarılır


Digərləri 30 Okt 2019 18:24:00 370 0

Yeni alınan avtobusları idarə etmək üçün sürücü axtarılır

Paytaxtın avtobus parkının yenilənməsi məqsədi ilə alınan 300 ədəd avtobusu idarə edəcək sürücülərin komplektləşdirilməsi işləri davam edir.

Bakı Nəqliyyat Agentliyindən Son.az-a verilən məlumata görə, bu avtobusları idarə etmək üçün peşəkar sürücülərə ehtiyac var.

Bunu nəzərə alaraq bir daha Bakı Nəqliyyat Agentliyi "BakuBus" MMC sürücü vəzifəsinə işə qəbulla bağlı elanımızı təkrar edir.

İşə qəbul üçün "D" kateqoriyalı sürücülük vəsiqəsi və ictimai nəqliyyatda sərnişindaşıma sahəsində təcrübəsi olan sürücülər "BakuBus" MMC-yə müraciət edə bilərlər.