Ev satmaq adı ilə vətəndaşlara 1 milyon manat dələduzluq edən şəxslərə hökm oxundu


Digərləri 30 Okt 2019 18:00:00 307 0

Ev satmaq adı ilə vətəndaşlara 1 milyon manat dələduzluq edən şəxslərə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Aqil Qədirov və Elnur Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakı. Samir Əli - Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Aqil Qədirov və Elnur Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Trend-in məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə A.Qədirov 8 il, E.Məmmədov isə 7 il azadlıqdan məhrum ediliblər. "Meqa-Siti Holdinq” MMC-nin payçıları olan Aqil Qədirov və Elnur Məmmədov 1 milyon manatlıq dələduzluqda təqsirləndirilirlər. Cinayət işində 33 zərərçəkmiş var. (adsgarden = window.adsgarden || []).push({}); İttihama görə, həmin şəxslər inşa etdikləri yaşayış binasında eyni mənzili bir neçə nəfərə satıblar. Onlara qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə cinayət işi başlanıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin