İsmayıl Vəliyev 2ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi SƏRƏNCAM


Siyasət 30 Okt 2019 17:37:00 429 0

İsmayıl Vəliyev 2ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi  SƏRƏNCAM

Prezident İlham Əliyev İ.M.Vəliyevin 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə İsmayıl Məhərrəm oğlu Vəliyev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilsin.