Prezident İlham Əliyev: "Njdenin heykəli indiyə qədər götürülməyib və bu, erməni tərəfin səmimiyyəti barədə çox böyük suallar doğurur"


Siyasət 30 Okt 2019 17:25:00 50 0

Prezident İlham Əliyev: "Njdenin heykəli indiyə qədər götürülməyib və bu, erməni tərəfin səmimiyyəti barədə çox böyük suallar doğurur"

"Qaregin Njdenin heykəli indiyə qədər götürülməyib və bu, erməni tərəfin səmimiyyəti barədə çox böyük suallar doğurur".

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da MDB Müdafiə Nazirləri Şurasının iclasının iştirakçılarını qəbul edərkən deyib.

Dövlət başçısı bildirib: "Aşqabad Zirvə Görüşü zamanı mən belə bir məsələ də qaldırdım ki, MDB məkanında da təəssüf ki, faşizmin qəhrəmanlıq kimi qələmə verilməsi faktları var. Məhz Ermənistanda faşist cəllad Ter-Arutyunyan qəhrəman səviyyəsinə qaldırılıb. Ermənistanda meydanlara, küçələrə onun adı verilib. Bir neçə il bundan əvvəl isə Ermənistan paytaxtının mərkəzində ona təqribən 6 metr hündürlüyündə heykəl qoyulub. Bu adam deyirdi ki, "Almaniya uğrunda ölənlər Ermənistan uğrunda ölür". Bu adam SMERŞ tərəfindən tutularaq uzunmüddətli həbs cəzasına məhkum edilib və onun şərəfsiz ömrü Vladimir həbsxanasında başa çatıb. Bax, belə bir "xadim"ə heykəl qoyulub və bu heykəl indiyə qədər götürülməyib. Mən həm dövlət başçılarının, həm də Ermənistanın yeni rəhbərliyinin diqqətini bu məqama cəlb etdim ki, MDB məkanında bu, yolverilməz hərəkətdir. Ermənistanın yeni rəhbərliyi özünün faşizmin qəhrəmanlıq kimi qələmə verilməsi ilə assosiasiya edilməsinə imkan verməməlidir. Təəssüf ki, bu heykəl indiyə qədər götürülməyib və bu, erməni tərəfin səmimiyyəti barədə çox böyük suallar doğurur. Erməni tərəfi deyir ki, o da qəhrəmanların xatirəsinə ehtiram bəsləyir. Bu, nonsensdir, ona görə ki, onlar faşistlərin əlaltılarının xatirəsinə ehtiram bəsləyir, yəni, əslində, bu mənfur əməllərə qarşı mübarizədə canlarından keçmiş insanların xatirəsinin təhqir edildiyini görürük. Buna görə biz öz tərəfimizdən bundan sonra da həm Birlik ölkələrinin, həm də digər dövlətlərin ictimaiyyətinin bu məsələyə diqqətini Qələbənin 75 illiyinə hazırlıq prizmasından cəlb edəcəyik. Düşünürəm ki, biz birgə səylərimizlə bundan sonra da işimizi bu istiqamətdə davam etdirəcəyik ki, Böyük Vətən müharibəsi haqqında həqiqət bütün dünya birliyinin, xüsusən gənc nəslin diqqətinə çatdırılsın".

ABŞ Türkiyədən qisas almaq istəyir like
  • 30 Okt 17:24  
Dünya ABŞ Türkiyədən qisas almaq istəyir

"1915-ci il hadisələri barədə qətnamə layihəsini qəbul etməklə AB

arrow Ətraflı
Azərbaycan Prezidenti: MDB ölkələrinin sabitliyi və davamlı inkişafı dövlətlərimizin təhlükəsizliyini təmin edən orqanların qarşılıqlı fəaliyyətindən asılıdır like
  • 30 Okt 17:21  
Digərləri

MDB üzvü olan ölkələrin sabitliyi və davamlı inkişafı çox cəhətdən

arrow Ətraflı
“Cəfər Cabbarlı Mükafatı”nın təqdimat mərasimi keçirilib like
  • 30 Okt 17:19  
Kriminal “Cəfər Cabbarlı Mükafatı”nın təqdimat mərasimi keçirilib

Oktyabrın 28-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Bakı Ş

arrow Ətraflı
Hacı Zeynalabdin Tağıyevin nəticəsi Bakıda like
  • 30 Okt 17:14  
Digərləri Hacı Zeynalabdin Tağıyevin nəticəsi Bakıda

Məşhur azərbaycanlı xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin nəticəsi Ba

arrow Ətraflı
XİN: ABŞ Dövlət Departamentinə etiraz notası ünvanlanacaq like
  • 30 Okt 17:09  
Siyasət XİN: ABŞ Dövlət Departamentinə etiraz notası ünvanlanacaq

"Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qaraba

arrow Ətraflı
Dələduzluqda təqsirləndirilən vəkil və sabiq müstəntiqə hökm oxundu like
  • 30 Okt 17:07  
Digərləri Dələduzluqda təqsirləndirilən vəkil və sabiq müstəntiqə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq və rüşvət verməyə

arrow Ətraflı
Avtovağzalda artıq bir aydır gecə reysləri açılıb like
  • 30 Okt 17:04  
Digərləri Avtovağzalda artıq bir aydır gecə reysləri açılıb

"Bakı Beynəlxalq Avtovağzal Kompleksində bərpa olunan gecə reyslərin

arrow Ətraflı
Oktyabrın 31-nə manatın məzənnəsi like
  • 30 Okt 17:02  
Digərləri Oktyabrın 31-nə manatın məzənnəsi

Oktyabrın 31-nə manatın məzənnəsi açıqlanıb.

arrow Ətraflı
Azərbaycanda bu il 1688 ədəd minik avtomobili istehsal edilib like
  • 30 Okt 17:00  
Digərləri Azərbaycanda bu il 1688 ədəd minik avtomobili istehsal edilib

2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycanda maşın və avadanlıqlar

arrow Ətraflı
Ucarda Qusar sakinini avtomobil vurub öldürdü like
  • 30 Okt 16:57  
Digərləri Ucarda Qusar sakinini avtomobil vurub öldürdü

Ucarda avtomobil yolu keçən piyadanı vurub.

arrow Ətraflı
2 rayonda 419 evə qaz verilib (FOTO) like
  • 30 Okt 16:56  
Digərləri 2 rayonda 419 evə qaz verilib (FOTO)

Şamaxı şəhərinin genişləndirilmiş hissəsinə qaz verilib.

arrow Ətraflı
17 il axtarışda olan Astara sakini saxlanıldı like
  • 30 Okt 16:54  
Kriminal 17 il axtarışda olan Astara sakini saxlanıldı

17 il axtarışda olan Astara sakini saxlanılıb.

arrow Ətraflı