Bu barədə qərar əlamətdar hadisədir və Azərbaycanın növbəti parlaq qələbəsidir


Digərləri 30 Okt 2019 16:44:00 315 0

Bu barədə qərar əlamətdar hadisədir və Azərbaycanın növbəti parlaq qələbəsidir

"Vaşinqtonda Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyası səviyyəsində qəbul olunmuş Beynəlxalq Astronavtika Konqresinin 2022-ci ildə Bakıda keçirilməsi barədə qərar əlamətdar hadisədir və Azərbaycanın növbəti parlaq qələbəsidir".

Son.az xəbər verir ki, bunu Trend-ə müstəqil ekspert Tahir Sabitov deyib.

O bildirib ki, konqres müasir texnologiyalar sahəsində dünya miqyaslı vacib beynəlxalq tədbirdir:

"Növbəti konqresin Azərbaycanda keçirilməsinin dəstəklənməsi Azərbaycanın siyasi nüfuzunun və ona etimadın göstəricisidir. Bu cür dəstək tamamilə qanunauyğundur, çünki Azərbaycan müasir texnologiyalar, kosmik sənaye sahələrində mühüm nailiyyətlər nümayiş etdirir. Gənc müstəqil ölkə 3 peykə malikdir VI kosmik klubun azsaylı üzvlərindən biridir".

Ekspertin sözlərinə görə, Bakıda Astronavtika Konqresinin keçirilməsi Azərbaycanın müasir texnologiyalar sahəsində uğurlarının nəticəsidir: