“Hüquqlar – hamı üçün!” mövzusunda ənənəvi müsabiqə keçirilir


Digərləri 30 Okt 2019 16:32:00 334 0

“Hüquqlar – hamı üçün!” mövzusunda ənənəvi müsabiqə keçirilir

Ombudsman 10 dekabr – Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə “Hüquqlar – hamı üçün!” mövzusunda jurnalist yazılarının ənənəvi müsabiqəsini keçirir.

Bakı. Ombudsman 10 dekabr – Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə “Hüquqlar – hamı üçün!” mövzusunda jurnalist yazılarının ənənəvi müsabiqəsini keçirir. Müsabiqə üçün yazılar 27 noyabr 2019-cu il saat 18:00-dək Ombudsman Aparatına (Ü.Hacıbəyli küçəsi, 80, Hökumət evi, II qapı) təqdim edilməlidir. Müsabiqəyə ünvanlanmış yazıların respublikamızda çıxan hər hansı bir qəzetdə dərc olunması və müəlliflərin münsiflər heyətinə özləri haqqında qısa məlumat, o cümlədən əlaqə telefonları, bir ədəd fotoşəkil (4x5 ölçüdə) göndərməsi mütləq şərtdir. (adsgarden = window.adsgarden || []).push({}); Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin