“Azərkosmos” 24 ölkəyə 30,2 milyon dollar dəyərində xidmət ixrac edib


Digərləri 30 Okt 2019 15:55:00 32 0

“Azərkosmos” 24 ölkəyə 30,2 milyon dollar dəyərində xidmət ixrac edib

"İxrac İcmalı"nda həm də xidmət ixracına yer ayrılıb. Məlumat verilib ki, 2019-cu ilin yanvar-sentyabr aylarında "Azərkosmos" ASC tərəfindən dünyanın 24 ölkəsinə 30,2 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın 2019-ci ilin oktyabr sayında qeyd edilir.

Hesabatda göstərilir ki, Azərkosmos" ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 88 faizini təşkil edib. 2019-cu ilin sentyabr ayında isə "Azərkosmos" ASC dünyanın 20 ölkəsinə 2,2 milyon ABŞ dolları dəyərində xidmət ixrac edilib. "Azərkosmos" ASC-nin 2019-cu ilin yanvar- sentyabr aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr ABŞ, Fransa, Birləşmiş Krallıq, Malayziya, BƏƏ-dir.

"İxrac İcmalı"nda məlumat verilib ki, 2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycana dünyanın 191 ölkəsindən 2,4 milyon və ya 2018-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 9,5 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu ilin sentyabr ayında ölkəmizə gələn xarici vətəndaşların sayı 20,8 faiz artıb və onların bank kartları vasitəsi ilə apardıqları əməliyyatları 106,2 milyon manat təşkil edib. Ümumilikdə isə 2019-cu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 969 milyon manat təşkil edib.

"İxrac İcmalı"nda 2019-cu ilin yanvar-sentyabr ayları ərzində Azexport.az portalına daxil olan ixrac sifarişləri barədə də məlumat verilib. Göstərilib ki, 2019-cu ilin yanvar-sentyabr aylarında Azexport.az portalına 436,4 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-sentyabr aylarında ixrac sifarişləri 6,4 faiz artıb. 2019-cu ilin sentyabr ayında isə portala daxil olan ixrac sifarişlərinin dəyəri 37,1 milyon ABŞ dolları təşkil edib. 2019-cu ilin yanvar-sentyabr aylarında portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində Rusiya (11,2%), Türkiyə (5,8%), Hindistan (5,7%), ABŞ (5,6%) və İngiltərə (5,1%) qərarlaşıb.

(adsgarden = window.adsgarden || []).push({});
PAŞA Bank "Ticarətin maliyyələşdirilməsi" mövzusunda maarifləndirici tədbir təşkil edəcək like
  • 30 Okt 15:53  
Digərləri PAŞA Bank "Ticarətin maliyyələşdirilməsi" mövzusunda maarifləndirici tədbir təşkil edəcək

PAŞA Bank "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi ilə birgə 6 noyabr 2019

arrow Ətraflı
Türkiyə Prezident Administrasiyasından sərt açıqlama: like
  • 30 Okt 15:51  
Dünya Türkiyə Prezident Administrasiyasından sərt açıqlama:

ABŞ Nümayəndələr Palatasında "Sülh Çeşməsi" əməliyyatı ə

arrow Ətraflı
Zidan Beylin klubdan ayrılmasını istəmir like
  • 30 Okt 15:51  
İdman Zidan Beylin klubdan ayrılmasını istəmir

İspaniyanın Real Madrid komandasının baş məşqçisi Zinəddin Zidan

arrow Ətraflı
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Yevlaxda əməliyyat keçirib like
  • 30 Okt 15:49  
Digərləri Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Yevlaxda əməliyyat keçirib

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları t

arrow Ətraflı
“Ər çörəyi yemək istəyirəm" like
  • 30 Okt 15:46  
Şou-biznes “Ər çörəyi yemək istəyirəm"

Uşaqlıqdan valideynlərimə kömək olmaq üçün canfəşanlıq etmişəm. Bi

arrow Ətraflı
Yeni alınan avtobusları idarə etmək üçün sürücü axtarılır like
  • 30 Okt 15:45  
Digərləri Yeni alınan avtobusları idarə etmək üçün sürücü axtarılır

Paytaxtın avtobus parkının yenilənməsi məqsədi ilə alınan 300 ədəd av

arrow Ətraflı
Ərdoğan: ABŞ-da erməni terrorunu unudublar like
  • 30 Okt 15:40  
Digərləri Ərdoğan: ABŞ-da erməni terrorunu unudublar

ABŞ-da erməni terrorunu unudublar və Türkiyəni qondarma “erməni soyqır

arrow Ətraflı
Azərbaycanlı müğənninin qızının toyudur like
  • 30 Okt 15:33  
Şou-biznes Azərbaycanlı müğənninin qızının toyudur

Əməkdar artist Gülüstan Əliyeva qızına toy edir.

arrow Ətraflı
Yaşayış binalarında sökülən dəmir çənlər plastmas çənlərlə əvəz edilə biləcək like
  • 30 Okt 15:28  
Digərləri Yaşayış binalarında sökülən dəmir çənlər plastmas çənlərlə əvəz edilə biləcək

"Xətai rayonunda sökülən dəmir çənlər yaşayış binaların dam ör

arrow Ətraflı
Bakıda avtomobilin vurduğu piyadanın kimliyi müəyyənləşdirilir like
  • 30 Okt 15:26  
Digərləri Bakıda avtomobilin vurduğu piyadanın kimliyi müəyyənləşdirilir

Bakıda avtomobilin vurduğu piyadanın kimliyi müəyyənləşdirilir.

arrow Ətraflı
Rusiyada dünyanın ən yaşlı sakini öldü like
  • 30 Okt 15:22  
Dünya Rusiyada dünyanın ən yaşlı sakini öldü

Rusiyanın Həştərxan vilayətinin sakini Tənzilə Bisembeyeva 123 yaşında

arrow Ətraflı