Həmkəndlisi ilə mübahisə edən keçmiş məhkum onu bıçaqlayıb qaçdı FOTO


Digərləri 30 Okt 2019 15:42:00 354 0

Həmkəndlisi ilə mübahisə edən keçmiş məhkum onu bıçaqlayıb qaçdı  FOTO

Qubada şübhəli bilinən keçmiş məhkum saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Son.az-a verilən məlumata görə, oktyabrın 28-də axşam saatlarında rayon sakini Vüqar Həsənov bıçaqla kəsilmiş-deşilmiş xəsarətlə Quba Rayon Mərkəzi Xəstəxanasına gətirilib. 

İstintaq-əməliyyat tədbirləri nəticəsində zərərçəkənə xəsarət yetirərək hadisə yerindən qaçan rayonun Vladimirovka kənd sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə 16 ilə yaxın müddətə həbs olunmuş Firudin İskəndərov saxlanılıb.

O, dindirilmə zamanı törətdiyi əməli etiraf edərək, V.Həsənova aralarında yaranmış mübahisə zəminində bıçaqla xəsarət yetirdiyini bildirib.