Ərdoğan: ABŞ-da erməni terrorunu unudublar


Digərləri 30 Okt 2019 15:40:00 364 0

Ərdoğan: ABŞ-da erməni terrorunu unudublar

ABŞ-da erməni terrorunu unudublar və Türkiyəni qondarma “erməni soyqırımı”nda ittiham edirlər

Bakı. Rufiz Hafizoğlu - ABŞ-da erməni terrorunu unudublar və Türkiyəni qondarma “erməni soyqırımı”nda ittiham edirlər. Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Prezident bildirib ki, Türkiyə 1915-ci ilin bütün arxivlərini açıb, amma Ermənistan hər hansı bir fakt təqdim edə bilməyib, çünki heç bir “erməni soyqırımı” olmayıb. Prezident əlavə edib ki, Ankara ABŞ Nümayəndələr Palatasının “erməni soyqırımı”nın tanınması ilə bağlı səsverməsini kəskin pisləyir: "Bu qətnamə Ankara üçün heç bir hüquqi qüvvəyə malik deyil". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin