“Sənətin evini yıxan sosial şəbəkələrdir” Meyxana ustadından həmkarlarına


Şou-biznes 30 Okt 2019 15:19:00 353 0

“Sənətin evini yıxan sosial şəbəkələrdir”  Meyxana ustadından həmkarlarına

ARB TV-nin "Show News" verilişinin növbəti qonağı meyxana ustadı Mehman Əhmədli olub. Son.az bildirir ki, maraqlı açıqlamaları ilə diqqət çəkən sənətçi həmkarlarına öz iradlarını bildirib: "Əgər mənim əlavə bir bacarığım varsa, bu, çox yaxşı bir şeydir. Amma oxuyanda adını meyxana qoymasın. Oxusun, desin ki, mahnı oxuyuram. Mahnıdırsa, mahnıdır. Adını musiqili meyxana qoymaq olmaz. Musiqili meyxananın meyxana çərçivəsi var. O çərçivədən çıxdınsa, meyxana sayılmır. Tullana-tullana meyxana deyəndə kütlə onu sevəcək. Sən niyə oynayırsan ki, kütlə də bunu istəsin. Kütləni dəyişdirən sənətçidir. Sənətə zərbə vurmaq olmaz. Sənətin evini yıxan sosial şəbəkələrdir. Ömür boyu sənətdə olmayıb, bir dənə ağzına gələn bir şeyi deyib, milyonlarla insan baxıb".