Ağlasığmaz cinayət: İnsanları öldürərək yeyib, qalıqlarını basdırıb


Dünya 30 Okt 2019 15:01:00 342 0

Ağlasığmaz cinayət: İnsanları öldürərək yeyib, qalıqlarını basdırıb

Rusiyada qətl ittihamı ilə dindirilən şübhəli şəxs pişik, it və insanları öldürüb yediyini etiraf edib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, Rusiyanın Arxangelsk şəhərində 2016-2017-ci illərdə itkin düşmüş üç nəfərin axtarışı zamanı aparılan istintaqda ağlasığmaz gerçəklər aşkarlanıb.

Belə ki, hadisədən üç il sonra 51 yaşlı şübhəli dindirilib. O, cinayətini etiraf edib, cəsədləri harada basdırdığını deyib. Aparılan axtarışlar zamanı basdırılmış torbalarda cəsədlər tapılıb.

Sözügedən torbalarda üç insan və pişik, it sümükləri aşkarlanıb. Araşdırmalar qatilin cəsədlərin bəzi hissələrini qopararaq yediyini sübuta yetirib. Hazırda cinayətkarın başqa cinayətlərlə əlaqəsi araşdırılır.