Bakıda silsilə cinayətlər törədən əcnəbi həbs edildi


Digərləri 30 Okt 2019 14:38:00 359 0

Bakıda silsilə cinayətlər törədən əcnəbi həbs edildi

Bakının Xətai rayonunda oğurluq olub.

Son.az xəbər verir ki, Baş Cinayət Axtarışı İdarəsi və Xətai Rayon Polis İdarəsinin 34-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən əcnəbi vətəndaş D.Qoqiçaişvili saxlanılıb.

Ətrafında aparılan tədbirlərlə onun daha 4 evdən pul və qızıl-zinət əşyaları oğurlaması müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.