Abşeronda oteldə qadına 11 bıçaq zərbəsi vuranın şikayəti qəbul olunmadı


Digərləri 30 Okt 2019 14:20:00 394 0

Abşeronda oteldə qadına 11 bıçaq zərbəsi vuranın şikayəti qəbul olunmadı

Abşeronda oteldə qətl törətməkdə təqsirləndirilən Nəriman Əliyevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb. 

Son.az unikal.org-a istinadən xəbər verir ki, Sumqayıt Apellasiya Məhkəməsinin hakim Ruhiyyə Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.  

Qərara əsasən, N.Əliyevin apellyasiya şikayəti təmin edilməyib. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 18 il müddətinə azadlıqdan məhrum edilib. N.Əliyev, cəzasının 4 ilini qapalı həbsxanasında keçirəcək.

Qətl hadisəsi ötən ilin sentyabr ayında Abşeron rayonu ərazisində yerləşən "Oskar" otelində baş verib.

Belə ki, "Oskar" otelində 35 yaşlı N.Əliyev yaxın münasibətdə olduğu 21 yaşlı Aysel Orucovanı 11 bıçaq zərbəsi ilə qətlə yetirib. 

Araşdırma zamanı N.Əliyevlə A.Orucovanın üç il əvvəl Pirşağıda yerləşən klubların birində tanış olduğu və bu zaman ərzində tez-tez görüşdükləri məlum olub.