Bakıda silahlı dəstə adam oğurladı,


Digərləri 30 Okt 2019 14:02:00 355 0

Bakıda silahlı dəstə adam oğurladı,

Bakıda bir kişi qohumunu silahla hədələyərək qaçırıb.

Son.az xəbər verir ki, bu barədə oxu.az-a hüquq-mühafizə orqanlarının mənbələrindən məlumat verilib.

Əvvəllər soyğunçuluqda ittiham olunan Ramin Mirzəyev polisə şikayət edib. Onun sözlərinə görə, ötən gün saat 01:00 radələrində Atatürk prospektində əmiuşaqları A.M. və A.M., eləcə də, naməlum şəxs onu silahla hədələyərək "LADA Priora" markalı minik avtomobilinə mindirib, Binəqədi rayonunun Biləcəri qəsəbəsinə aparıb.

Daha sonra təcavüzkarlar R.Mirzəyevin 24 yaşlı qardaşı Rəşadla əlaqə saxlayıb. Onlar girovu yalnız 13000 manat təzminat aldıqdan sonra sərbəst buraxıblar.

Sərbəst buraxıldıqdan dərhal sonra kişi polisə şikayət edib.