Bakıda tələbəni qətlə yetirən şəxsin işi


Digərləri 30 Okt 2019 13:44:00 359 0

Bakıda tələbəni qətlə yetirən şəxsin işi

Bakıda tələbəni qətlə yetirməkdə təqsirləndirilən Cümşüd Balabəyovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Son.az teleqraf.com-a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim İradə Həsənzadənin icraatına verilib.

Yaxın günlərdə bu cinayət işi üzrə məhkəmə prosesi başlanacaq.

İttihama görə, hadisə bu il mayın 14-də paytaxtın Nərimanov rayonu ərazisində qeydə alınıb.

Bakı İdarəetmə və Texnologiya Kollecinin tələbəsi, 2001-ci il təvəllüdlü Qalib Əsgərov rayon ərazisində dava zamanı yıxılaraq başından zədə alıb.

Xəstəxanaya çatdırılan tələbənin həyatını xilas etmək mümkün olmayıb.