Zorla ərə verilən 17 yaşlı Əslanə: "Məni döyədöyə məcburən ərə verirdilər"


Digərləri 30 Okt 2019 13:21:00 386 0

Zorla ərə verilən 17 yaşlı Əslanə: "Məni döyədöyə məcburən ərə verirdilər"

Məcburən ərə verildiyi üçün evdən qaçan 17 yaşlı Əslanə üzə çıxıb. O, bu müddətdə rəfiqəsinin evində olub, hazırda isə Xırdalanda yaşayan bibisinin yanındadır.

Son.az baku.ws-ə istinadən xəbər verir ki, yeniyetmə qız evdən qaçmasını belə əsaslandırıb:

"Mən kollecdə oxuyurdum. Şənbə-bazar evə gedəndə gördüm ki, mənim "həri"mi verirlər. Məni məcburən özümdən 14-15 yaş böyük oğlana ərə verirlər. Tümendə yaşayır, özünün də ailəsi-uşağı var. Adam imkanlı olduğu üçün anam bütün bunlara gözünü yumub. Axı bu, nə qədər düzgündür? Hansı ana öz övladına bunu edər? 

Mən oxumaq istəyirəm, hələ 17 yaşım var. Məni döyə-döyə məcburən ərə verirdilər. Atam dünyasını dəyişəndən sonra anam məni ərə vermək istədi. Atam sağ olsaydı, belə olmazdı". Əslanə anasının onu evli kişi ilə tutmasına belə aydınlıq gətirib:

"Əskərlə 4 ay bundan əvvəl münasibəti kəsmişəm. Ailəli olduğunu biləndən sonra əlaqəni kəsdim. Hər bir insanın həyatında səhv olur, bu da mənim səhvim idi". 

Xatırladaq ki, Şirvan rayonundan olan kollec tələbəsi anası ilə birlikdə Bakıda kirayə tutduqları evdə yaşayıblar. Əslanə gələcək qayınanasının Şirvandakı evindən qaçıb. Qızını qaytarmaq məqsədilə "BizimləSən" proqramına gələn ana deyib ki, qızı 16 yaşında olanda evli kişi ilə sevgili olub: