Azərbaycanda körpə ölümü göstəricisi yüksəkdir ÜST


Digərləri 30 Okt 2019 12:40:00 358 0

Azərbaycanda körpə ölümü göstəricisi yüksəkdir  ÜST

İqtisadi inkişaf baxımından orta və yüksək səviyyəli ölkələr sırasına aid edilən Azərbaycanda körpə ölümü göstəricisi yüksəkdir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı "İlkin səhiyyə xidmətləri və qeyri-yoluxucu xəstəliklərlə mübarizəfə potensialın artırılması" mövzusunda seminarda deyib.

Onun sözlərinə görə, iqtisadi inkişaf baxımından orta və yüksək səviyyəli ölkələrdə körpə ölümü əmsalı (hər 1000 diridoğulan arasında) 9-10 səviyyəsindədir. Amma Azərbaycanda bu göstərici 19-dur.

ÜST rəsmisi Azərbaycanda ana ölümü göstəricisinin də iqtisadi inkişaf səviyyəsi orta və yüksək olan ölkələrlə müqayisədə yüksək olduğunu bildirib: "Əgər problemlərin səbəbləri bilinərsə, onun qarşısı alına bilər. Ana doğuş zamanı qanaxmadan ölməməlidir. Əgər bir ana qarşısı alına bilən qanaxmadan ölürsə, bu, ciddi problemdir. Hər bir ölkədə, o cümlədən Azərbaycanda da ana ölümlərini araşdıran qurumlar var. Lakin vəziyyəti yaxşılaşdırmaq üçün daha çox işlər görülməlidir".

H.Harmancının sözlərinə görə, Azərbaycanda körpələrin ilk 6 ayda ana südü ilə qidalandırılma göstəricisi 12-14 faizdir.