Keşlə gecikməyə görə cərimələndi


İdman 30 Okt 2019 13:20:00 827 0

Keşlə gecikməyə görə cərimələndi

Bu gün AFFA İntizam Komitəsinin (İK) iclası keçirilib.

Goal.az-ın məlumatına görə, toplantıda Azərbaycan Premyer Liqasının IX turunda baş verənlər müzakirə edilib.

Komitə turun yalnız bir oyunu ilə bağlı cəza verib. Belə ki, Keşlə – Qəbələ görüşü 2 dəqiqə gec başladığı üçün paytaxt təmsilçisi 800 manat məbləğində cərimələnib.