ADPUnun Quba filialında “Üzüzə” Psixologiya klubunun “Hər insan bir psixologiya” adlı açılış mərasimi keçirildi FOTO


Digərləri 30 Okt 2019 12:13:00 413 0

ADPUnun Quba filialında “Üzüzə” Psixologiya klubunun “Hər insan bir psixologiya” adlı açılış mərasimi keçirildi  FOTO

Azərbaycan Dövlət Pedaqoji Unversitetinin (ADPU ) Quba filialının İctimaiyyətlə əlaqələr şöbəsinin verdiyi məlumata görə oktyabrın 24-də filialda "Üz-üzə" Psixologiya klubunun açılış mərasimi keçirilib.

Son.az bildirir ki, tədbirdə filialın direktoru dosent Yusif Alıyev, "KarnegiKlub"un rəhbəri Dr.Nəcəf Allahverdiyev, "Empatiya" psixoloji nitq və inkişaf mərkəzinin rəhbəri Rəşidə Məhərrəmova, "Viqas" Psixoloji və nitq inkişaf mərkəzinin rəhbəri Fidan Hacıyeva və onun meneceri Mənsur Xaspoladov, həmçinin filialın professor, müəllim kollektivi, "Təhsildə sosial- psixoloji xidmət" ixtsasının tələbələri iştirak edib.

Tədbiri açıq elan edən filialın direktoru dosent Yusif Alıyev tədbir iştirakçılarını salamlayıb, Psixologiya klubunda psixoloji konsultasiyalar, təlimlər, seminarlar, qrup terapiyaları təşkil olunacağını, bölgənin məktəb psixoloqları və respublkanın müxtəlif psixoloji mərkəzləri ilə əməkdaşlıqların qurulacağını diqqətə çatdırıb,"Təhsildə sosial-psixoloji xidmət" ixtisasının nə qədər böyük önəm daşıdığını, təhsilimiz, gələcəyimiz, gəncliyimiz üçün bu ixtisasın necə faydalı olduğunu vurğulayıb. Sonra qeyd edib ki, bu sahəyə marağın artırılması və tələbələrin savadlı kadr, cəmiyyətə yararlı mütəxəssis kimi yetişməsi üçün birlikdə çalışmaq, səy göstərmək lazımdır. Bildirib ki, yeni yaradılan Psixologiya klubunda artıq psixoloji yardımlar da göstəriləcək və ayrıca kabinet yaradılacaqdır. Çıxışının sonunda isə klubun ərsəyə gəlməsində əməyi olan hər bir kəsə dərin minnətdarlığını bildirib.

Sonra tədbirdə çıxış edən klubun yaradıcısı, ideya müəllifi, həmçinin fakültənin "Təhsildə sosial-psixoloji xidmət" ixtisasının tyutoru Xəyalə Ələkbərova klubun adını, logosunu qonaqlara təqdim edib. O, klubun fəaliyyət planından, yaranma məqsədindən söz açaraq, bildirdi ki, klubun şüarı "Hər insan bir psixologiya"dır. Yəni dünyada nə qədər insan varsa, o qədər də psixologiya var. Hamı bir birindən fərqlidir və hər kəs özünəməxsusdur.

Daha sonra isə "KarnegiKlub"un rəhbəri, "Moskva Ritorika və Natiqlik Bacarığı Universiteti"nin aparıcı təlimçisi, "Beynəlxalq Trenerlər Assosasiyasının" üzvü, Biznestrener və Couch Nəcəf Allahverdiyev "Bozdan rəngarəngə" mövzusunda psixoloji söhbətlə tədbirə rəng qatıb. Nəcəf Allahverdyev insanların pessimist və optimist düşüncələrinin onların həyat və fəaliyyətlərinə nə dərəcə əsaslı təsir etdiyindən danışıb.

Tədbirdə çıxış edən filialın Tərbiyə işəri üzrə direktor müavini Aysel Şeydayeva da klubun fəaliyyətinə uğurlar arzulayıb, filialda yaradılan belə klubların tələbə-gənclərin inkişafı üçün fadasından söhbət açıb.