Bakı Ali Neft Məktəbinin tələbələri ölkəmizi ümumdünya gənclər sammitində təmsil edib


Digərləri 30 Okt 2019 12:17:51 323 0

Bakı Ali Neft Məktəbinin tələbələri ölkəmizi ümumdünya gənclər sammitində təmsil edib

Böyük Britaniyanın paytaxtı Londonda 10-cu Beynəlxalq "One Young World” (Bir Gənc Dünya) sammiti keçirilib.

Bakı. Böyük Britaniyanın paytaxtı Londonda 10-cu Beynəlxalq "One Young World” (Bir Gənc Dünya) sammiti keçirilib. Sammitdə gender bərabərliyi, terrorla mübarizədə çıxış yollarının axtarışı, dünyada təhsilin inkişafı, ətraf mühitin qorunması və s. kimi qlobal mövzulara toxunulub. 190 ölkədən olan 2 min gənc lideri bir araya gətirən sammitin builki qonaqları Kanadanın baş naziri Castin Tryudo, BMT-inin keçmiş baş katibi Kofi Annan, baş yepiskop Desmond Tutu, ser Bob Geldof və Riçard Branson, Nobel sülh mükafatı laureatı Muhammad Yunus, BMT-nin xoşməramlı səfiri Emma Uotson, oskar mükafatçısı Djon Landau, İrlandiyanın keçmiş prezidenti Meri Robinson, şahzadə Megan Markl olublar. Sammitdə ölkəmizi Bakı Ali Neft Məktəbinin tələbələri təmsil ediblər. Ali Məktəbin Neft - Qaz mühəndisliyi ixtisasının IV kurs tələbələri Cahid Suleymanov və Coşqun Səmədov müxtəlif mövzular üzrə təşkil olunan diskusiyalarda iştirak ediblər. Onlar BP tərəfindən tələbələrin öz bacarıqlarını gələcəyin tələblərinə uyğunlaşdırmasına və daim dəyişməkdə olan dünyada uğur qazanmaları üçün lazımi bacarıqlara yiyələnməsinə dəstək məqsədi ilə keçirilən “Skills Refinery” (“Bacarıqların təkmilləşdirilməsi”) proqramının qalibləri kimi bu sammitdə iştirak hüququ qazanıblar. Tələbələr bildirib ki, bu cür qlobal sammitdə iştirak etmək Azərbaycan gənclərinin inkişafını nümayiş etdirmək üçün böyük imkandır.