“Qərbi Çıraq” platformasında hasilat bərpa edilib


Digərləri 30 Okt 2019 12:09:00 339 0

“Qərbi Çıraq” platformasında hasilat bərpa edilib

“Azəri-Çıraq-Dərinsulu Günəşli” (AÇG) yatağının illik iş proqramının bir hissəsi olaraq “Qərbi Çıraq” platformasında oktyabr ayının 15-dən başlayaraq aparılan profilaktik işlər başa çatıb.

Bakı. “Azəri-Çıraq-Dərinsulu Günəşli” (AÇG) yatağının illik iş proqramının bir hissəsi olaraq “Qərbi Çıraq” platformasında oktyabr ayının 15-dən başlayaraq aparılan profilaktik işlər başa çatıb. “BP-Azerbaijan” şirkətindən Trend-ə verilən məlumata görə, məlumatda deyilir ki, profilaktik işlər proqramında nəzərdə tutulmuş bütün işlər uğurla tamamlandıqdan sonra dünən axşam saatlarından başlayaraq platforma işə salınıb və hazırda platformada hasilat tədricən əvvəlki səviyyəyə qaldırılır. “Qərbi Çıraq” platformasında profilaktik işlər proqramı 15 günlük planlaşdırılmışdı. Proqrama əsasən məşəl və idarəetmə sistemlərinin yeniləşdirilməsi kimi müxtəlif layihə işləri daxil idi.