Sergey Lebedev: "Strateji təhlükəsizlik sahəsində razılaşmaları pozan ayrıayrı ölkələr beynəlxalq münasibətlərdə güc yolu diktə siyasətini davam etdirir"


Siyasət 30 Okt 2019 11:56:58 345 0

Sergey Lebedev: "Strateji təhlükəsizlik sahəsində razılaşmaları pozan ayrıayrı ölkələr beynəlxalq münasibətlərdə güc yolu diktə siyasətini davam etdirir"

MDB-yə üzv ölkələrdə bizim ümumi və həmçinin, milli təhlükəsizliyimizin təmin olunması üçün müvafiq orqanlarla əməkdaşlığın və addımların koordinasiyasına xüsusi diqqət yetirilir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu MDB İcraiyyə Komitəsinin sədri - icraçı katibi Sergey Lebedev Bakıda keçirilən MDB Müdafiə Nazirlərinin Şurasının 77-ci iclasında çıxışı zamanı bildirib.

Sədr qeyd edib ki, inteqrasiyanın bu sahəsi iştirakçı ölkələrin, həmçinin, MDB-nin özünün sabitliyinin qorunması üçün önəmli faktorlardan biri olaraq qalır: "Çox təəssüflər olsun ki, bizim Anapa şəhərində baş tutan son görüşümüzdən bəri dünyadakı vəziyyət yaxşılığa doğru dəyişməyib. Beynəlxalq münasibətlərdə yüksək konflikt potensialı hələ də qalmaqdadır. Strateji təhlükəsizlik sahəsində razılaşmaları pozan ayrı-ayrı bizə məlum olan ölkələr beynəlxalq münasibətlərdə güc yolu diktə siyasətini davam etdirir.

Kosmik məkanda silah yerləşdirmək cəhdləri də davam etdirilir. Bizim birliyin Qərb sərhədlərində NATO-nun hərbi infrastrukturunun yerləşdirilməsi, aktivliyini artırması xüsusi narahatlıq doğurur".