ÜST: İçərişəhər tütündən azad zona elan edilib, amma buna əməl edilmir


Digərləri 30 Okt 2019 11:52:00 353 0

ÜST: İçərişəhər tütündən azad zona elan edilib,  amma buna əməl edilmir

Azərbaycanda siqaretlərin tək-tək, ədədlə satılması yeniyetmələrin ona əlçatanlığını artırır.

Bakı. İlhamə İsabalayeva - Azərbaycanda siqaretlərin tək-tək, ədədlə satılması yeniyetmələrin ona əlçatanlığını artırır. Trend-in məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı "İlkin səhiyyə xidmətləri və qeyri-yoluxucu xəstəliklərlə mübarizədə potensialın artırılması" mövzusunda seminarda deyib. H.Harmancı qeyd edib ki, siqaretlərin tək-tək satılması düzgün deyil. Onun sözlərinə görə, tütünlə kofein insanda demək olar ki, eyni səviyyədə asılılıq yaradır. (adsgarden = window.adsgarden || []).push({}); H.Harmancı əlavə edib ki, tütündən imtina edilmə sistemi yaradılmalıdır. Bu sistem işlək olmalı və hər kəs tərəfindən dəstəklənməlidir: "Amma bu, asan məsələ deyil. Çünki bizimlə mübarizə aparan milyard dollarlıq tütün sənayesi var. Onlar tütünün reklamı üçün milyon dollarlar xərcləyirlər. Biz isə buna qarşı az vəsaitlə mübarizə aparmağa çalışırıq". H.Harmancı Azərbaycanda tütünçəkmə ilə mübarizə sahəsində qoyulan bəzi məhdudiyyətlərə əməl edilmədiyini də söyləyib: "İçərişəhər tütündən azad zona elan edilib. Amma bu, belə deyil, buna əməl edilmir, insanlar kafelərdə tütün çəkməkdə davam edirlər". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin