Şəmkirdə AĞIR QƏZA:


Digərləri 30 Okt 2019 11:27:00 354 0

Şəmkirdə AĞIR QƏZA:

Şəmkirdə iki nəfərin ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Şəmkirin Əliyaqublu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan iki "Jiquli"nin toqquşması nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb.

Baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən və yaralananların adları məlum olub.

Oxu.az-ın bölgə müxbiri xəbər verir ki, hadisə zamanı 31 yaşlı Babayev Ramil Dilqəm oğlu və 27 yaşlı Qurbanov Babək İsmayıl oğlu həyatını itirib.

Digərləri - 26 yaşlı Allahverdiyev Səbuhi Tacəddin oğlu, 23 yaşlı Qurbanov Rövşən Orxan oğlu, Vəliyev Rövşən Sübhan oğlu, 31 yaşlı Əmirov Vidadi Rəhim oğlu və 23 yaşlı Məmmədov Vüsal Mais oğlu isə xəsarət alıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.