Nurlan Novruzovun atasına 17 il iş verildi


İdman 30 Okt 2019 11:00:00 38 0

Nurlan Novruzovun atasına 17 il iş verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını öldürməkdə təqsirləndirilən Zahid Novruzovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Goal.az "Report"a istinadən xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən Z.Novruzov 17 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə bu il iyunun 1-də Suraxanı rayonunun Hövsan qəsəbəsi, İlqar Əhliman küçəsi, 10 ünvanında, binanın arxasında baş verib. Həmin ərazidə Təranə Novruzova əri tərəfindən ov tüfəngi ilə güllələnərək qətlə yetirilib.

Əvvəllər məhkumluq həyatı yaşamış, Laçın rayonundan olan məcburi köçkün, 1958-ci il təvəllüdlü Novruzov Zahid Balabəy oğlu istintaqa ifadəsində arvadını namus üstündə öldürdüyünü bildirib.

O, həyat yoldaşına iki güllə vurduqdan sonra özünü güllələmək istəyib. Lakin silah əlindən sürüşüb və nəticədə o, boğaz nahiyəsindən yaralanıb. Yaralı 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb, həyatını xilas etmək mümkün olub.

Məhkəmədə isə Zahid Novruzov ittihamla özünü təqsirli bilməyib və arvadını öldürmək niyyəti olmadığını bildirib.

Onun sözlərinə görə, silahı təmizləyərkən ehtiyatsızlıqdan atəş açılıb. Hadisə baş verən zaman sərxoş olan Zahid Novruzov qeyd edib ki, həyat yoldaşından heç vaxt şübhələnməyib: "Yoldaşım namaz qılan, namuslu bir qadın idi. Mən istintaqda yoldaşımdan şübhələndiyimi, onu qısqanclığa görə öldürdüyümü deməmişəm. Müstəntiq bunları özü yazıb".

Zahid Novruzov yoldaşını vurduqdan sonra özünü güllələməsini isə belə izah edib: "Təranəni qanlar içində görəndə qorxdum. Buna görə də özümü öldürmək istədim".

Mərhumun oğlu Nurlan Novruzov 2014/15 mövsümündə "Bakı”nın heyətində vurduğu 15 qolla Azərbaycan Premyer Liqasının bombardiri olub. O, Azərbaycanda "Səbail", "Bakı" klublarında, həmçinin Türkiyə klublarında da oynayıb. N.Novruzov hazırda Moldovanın "Dinamo-Avto" klubunda çıxış edir.

Qeyd edək ki, Zahid Novruzova qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Böyük Britaniyanın Baş Nazirinin ticarət elçisi AzMİU-da (FOTO) like
  • 30 Okt 10:58  
Digərləri Böyük Britaniyanın Baş Nazirinin ticarət elçisi AzMİU-da (FOTO)

Səfər zamanı qonaqlar öncə rektor və universitet əməkdaşları ilə qıs

arrow Ətraflı
Azərbaycanda siqaretin qiyməti hələ də ucuzdur - ÜST like
  • 30 Okt 10:52  
Digərləri Azərbaycanda siqaretin qiyməti hələ də ucuzdur - ÜST

Azərbaycanda tütünçəkmə ilə mübarizədə bir çox işlər görülüb, am

arrow Ətraflı
Vilayət Eyvazov Cavidin qətli ilə bağlı göstəriş verdi  FOTO like
  • 30 Okt 10:51  
Digərləri Vilayət Eyvazov Cavidin qətli ilə bağlı göstəriş verdi FOTO

Azərbaycanın Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun gös

arrow Ətraflı
Zədə və dartılmalar zamanı nə etməli? like
  • 30 Okt 10:50  
Digərləri Zədə və dartılmalar zamanı nə etməli?

Açar sözlər: travma, zədə, müalicə yolları.

arrow Ətraflı
Zədə və dartılmalar zamanı nə etməli? (FOTO) like
  • 30 Okt 10:50  
Digərləri Zədə və dartılmalar zamanı nə etməli? (FOTO)

Qaçış, velosiped sürmə, futbol, voleybol, üzgüçülük – sevdiyimiz idm

arrow Ətraflı
Milli Dram Teatrına dövlət statusu verilməsinin 100 illiyi təntənə ilə qeyd edilib like
  • 30 Okt 10:48  
Digərləri Milli Dram Teatrına dövlət statusu verilməsinin 100 illiyi təntənə ilə qeyd edilib

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına dövlət statusu verilməsini

arrow Ətraflı
Qəbələdə ayı əti satmaq istəyən saxlanıldı like
  • 30 Okt 10:46  
Digərləri Qəbələdə ayı əti satmaq istəyən saxlanıldı

6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə Qəbələ rayon

arrow Ətraflı
Suaresin La Liqada qol vurmadığı klub qalmadı like
  • 30 Okt 10:45  
İdman Suaresin La Liqada qol vurmadığı klub qalmadı

İspaniya La Liqasının XI turunda Valladolid-i böyü

arrow Ətraflı
Monika Belluççi tanınmaz halda  FOTO like
  • 30 Okt 10:42  
Digərləri Monika Belluççi tanınmaz halda FOTO

İtaliyalı məşhur aktrisa Monika Belluççinin sosial şəbəkəyə yerləşd

arrow Ətraflı
Baş prokurorun birinci müavini Ağcabədi və Laçın rayon sakinlərinin qəbulunu keçirəcək like
  • 30 Okt 10:41  
Digərləri Baş prokurorun birinci müavini Ağcabədi və Laçın rayon sakinlərinin qəbulunu keçirəcək

Baş prokurorun birinci müavini Rüstəm Usubov cari il noyabrın 8-də saat 10

arrow Ətraflı
Hacıqabulda 20 yaşlı gəncin meyiti küçədə aşkarlandı like
  • 30 Okt 10:35  
Digərləri Hacıqabulda 20 yaşlı gəncin meyiti küçədə aşkarlandı

Hacıqabul rayonunda gənc oğlanın meyiti aşkarlanıb.

arrow Ətraflı
Şamaxı və Şəmkirin bəzi ərazilərində qaz olmayacaq like
  • 30 Okt 10:33  
Digərləri Şamaxı və Şəmkirin bəzi ərazilərində qaz olmayacaq

Bu gün səhər saat 10:00-dan etibarən işlər başa çatanadək diametri 315

arrow Ətraflı