Əməkdar artistə bu verilişə çıxmağa QADAĞA QOYULDU ""Yoldaşım sənə baxır" deyib..." FOTO


Şou-biznes 30 Okt 2019 10:37:00 419 0

Əməkdar artistə bu verilişə çıxmağa QADAĞA QOYULDU  ""Yoldaşım sənə baxır" deyib..."  FOTO

Bu gün Zaurun verilişinə gəlib, "Balamdan səni çox istəyirəm. Evim-eşiyim sənə qurban. Yoldaşım yalnız sənə baxır" deyib və başqa verilişə gedib... Heç olmasa o veriliş Zaura bərabər ola ha, yanında durmur ha, yüzlüyə düşmür o veriliş. 

Son.az xəbər verir ki, bunu aparıcı Tarix Əliyev (Tolik) "Hər şey daxil"in efirində deyib.

Tolik söhbətin kimdən getdiyini də açıqlayıb. Aparıcı sözügedən müğənnini daha efirinə çağırmayacağını da sözlərinə əlavə edib:

"Bu gün mənim haqqım var ki, həmkarıma görə Yusif Mustafayevi daha efirimə çağırmayım. Bizdə qadağa deyilən şey yoxdur. Amma mən Zauru heç kimin ayağına vermərəm".