Messi Peleyə yaxınlaşır
İdman 30 Okt 2019 10:21:00 387 0
Barcelona-nın kapitanı Lionel Messi İspaniya La Liqasının XI turunda Valladolid-lə keçirilən oyunda dubl etməklə öz göstəricilərini daha da yaxşılaşdırıb.
Goal.az-n məlumatına görə, 32 yaşlı oyunçu 34-cü dəqiqədə toru silkələyərək, karyerası ərzində cərimə zərbəsindən vurduğu qolların sayını 50-yə çatdırıb. Leo bunun 6-nı Argentina yığmasında, 44-nü isə "Barsa"da reallaşdırıb.
Messi hazırkı baş məşqçi Ernesto Valverdenin rəhbərliyi altında ümumi qollarının sayını da 101-ə çatdırıb. Bu isə hələlik ən yaxşı 3-cü göstəricidir. Çünki Messi Luis Enrikenin dönəmində (158 oyunda) 153 qol, Pep Qvardiolanın dövründə isə (219 oyunda) 211 qol vurub.
Messi dünənki qarşılaşmada dublla həm də klub karyerasında qollarının sayını 608-ə çatdırıb. O, bunu 695 görüşdə bacarıb. Leo klub karyerası ərzində 813 görüşdə 606 dəfə fərqlənən Juventus-un portuqaliyalı hücumçusu Kriştianu Ronaldonu geridə qoyub. Orta məhsuldarlıq Messidə 0,87 qol, Ronaldoda isə 0,75 qoldur. Messi Santos-un heyətində 643 qola imza atan futbol kralı Peledən cəmi 35 top geri qalır.
Xatırladaq ki, Valladolid üzərində 5:1 hesablı qələbə qazanan Barcelona liderliyini davam etdirib.
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsas

"Yuventus"un qapıçısı Canluici Buffon karyerasını başa vurmaq barədə d

Aparıcı Aytən Səfərova paylaşımı ilə diqqətləri üzərinə toplayıb.

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Fərdi bacarıqlarımızın art

Almaniyanın Limburq şəhərində kişi həyat yoldaşını amansızlıqla qət

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Əfqanıstan İslam Respub

Xəbər verdiyimiz kimi, müğənni Fədayə Laçın ötən gün azadlığa ç

İspaniyanın Barcelona klubunun futbolçusu Lionel Messi

Almaniyanın iqtisadiyyat və energetika naziri Peter Altmayer Dortmun şəhəri

Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin Müdafiə Nazirləri Şuras

Ekvadorda nümayişçilər Milli Silahlı Qüvvələrə 9 milion dollardan çox

Dövlət İmtahan Mərkəzində (DİM) dövlət qulluğuna qəbul olmaq istəyə

Macarıstanın paytaxtı Budapeştdə 23 yaşadək güləşçi
