Dənizdəki partlayışda yaralananların vəziyyəti: İki nəfər palataya köçürüldü


Digərləri 30 Okt 2019 10:22:00 441 0

Dənizdəki partlayışda yaralananların vəziyyəti: İki nəfər palataya köçürüldü

Xəzər dənizində qayıqda baş verən partlayış nəticəsində xəsarət alan 3 nəfərdən 2-si palataya köçürülüb.

Bakı. Samir Əli - Xəzər dənizində qayıqda baş verən partlayış nəticəsində xəsarət alan 3 nəfərdən 2-si palataya köçürülüb. Mərkəzi Neftçilər Xəstəxanasından Trend-ə verilən məlumata görə, hadisə nəticəsində xəsarət alan Vəliyev Azər Vaqif oğlu və Paşayev Rafiq Bəhruz oğlunun vəziyyəti stabilləşib və onlar palataya köçürülüblər. Hadisə nəticəsində xəsarət alan digər yaralı Xəlilov Böyükağa Məmmədağa oğlunun isə vəziyyəti sabit ağır olduğundan müalicəsi reanimasiya şəraitində davam etdirilir. Xatırladaq ki, oktyabrın 29-da saat 13.30 radələrində Gürgan qəsəbəsinin yaxınlığında dənizin dayaz hissəsində seysmik kəşfiyyat işlərində istifadə edilən partlayıcı maddəni təyinat nöqtəsinə aparan ekspedisiyanın qayığında partlayış baş verib. (adsgarden = window.adsgarden || []).push({}); Nəticədə şirkətin əməkdaşı Məmmədov Habil Gülməmməd oğlu həlak olub. Hadisə yerində olan Şirkətin əməkdaşları Vəliyev Azər Vaqif oğlu, Paşayev Bəhruz Rafiq oğlu və müqavilə əsasında xidmət göstərən qayıqçı Xəlilov Böyükağa Məmmədağa oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb və təcili yardım maşını ilə xəstəxanaya çatdırılıblar. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin