ABŞ Konqresində Türkiyəyə qarşı sanksiyalar təqdir olundu


Dünya 30 Okt 2019 09:11:00 292 0

ABŞ Konqresində Türkiyəyə qarşı sanksiyalar təqdir olundu

ABŞ Konqresinin Nümayəndələr Palatası Türkiyəyə və onun maliyə sektoruna qarşı Ankaranın Suriyanın şimal-şərqində keçirdiyi hərbi əməliyyata və Rusiyadan S-400 zenit-raket sistemlərini almasına görə sanksiyalar paketini təqdir edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, təşəbbüs "PACT Act" qanunu adlanır. Bu qısaltma "Protect Against Conflict by Turkey Act"dan ("Türkiyə tərəfdən münaqişəyə qarşı müdafiə") irəli gəlir.

Bu qanun ABŞ prezidenti Donald Trampı Suriyadakı hərbi əməliyyatda iştirak edənlərə, həmçinin milli müdafiə naziri Hulusi Akara qarşı məhdudiyyətlər tətbiq etməyə məcbur edir. Bundan əlavə, sənəddə deyilir ki, Vaşinqton administrasiyası CAATSA qanununa əsasən ("Amerikanın əleyhdarlarına qarşı sanksiyalarla mübarizə haqqında") Ankaranın S-400 alması ilə əlaqədar məhdudiyyətlərin tətbiq edilməsi tələb olunur. Qanun layihəsinin müəllifi palatanın Xarici İşlər Komitəsinin sədri Eliot Engeldir.