Kamçatka sahillərində 5,1 bal gücündə zəlzələ baş olub


Dünya 30 Okt 2019 08:59:00 306 0

Kamçatka sahillərində 5,1 bal gücündə zəlzələ baş olub

Kamçatka sahillərində 5,1 bal gücündə zəlzələ baş verib.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Elmlər Akademiyası Geofizika Xidmətinin Kamçatka filialı xəbər verib.

Məlumata əsasən, yeraltı təkanların episentri Ust-Kamçatsk yaşayış məntəqəsindən 120 kilometr şərqdə, ocağı isə 54 kilometr dərinliyində yerləşib.

Zəlzələ nəticəsində xəsarət alan və dağıntılar barədə məlumat verilməyib.