NyuCersidə təyyarə yaşayış evinin üzərinə düşüb


Dünya 30 Okt 2019 08:33:00 285 0

NyuCersidə təyyarə yaşayış evinin üzərinə düşüb

ABŞ-ın Nyu-Cersi ştatında Vudbric Taunşip şəhərində "Cessna 414" təyyarəsi qəzaya uğrayıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, təyyarə yaşayış evinin üzərinə düşüb və bunun nəticəsində evdə yanğın baş verib.

"CBS" telekanalının məlumatına əsasən, Linden hava limanına gedən təyyarənin göyərtəsində yalnız bir pilot olub. Onun taleyi hələ məlum deyil. Təyyarə düşən zaman ​​evdə heç kim olmayıb.

Federal Aviasiya İdarəsi və Milli Nəqliyyat Təhlükəsizliyi İdarəsinin mütəxəssisləri araşdırma aparmaq üçün qəza yerinə gəliblər.