Ekvadorda nümayişçilər 9 milion dollarlıq hərbi texnikanı məhv ediblər


Digərləri 30 Okt 2019 08:35:00 276 0

Ekvadorda nümayişçilər 9 milion dollarlıq hərbi texnikanı məhv ediblər

Ekvadorda nümayişçilər Milli Silahlı Qüvvələrə 9 milion dollardan çox maddi ziyan vurublar.

Bakı. Ekvadorda nümayişçilər Milli Silahlı Qüvvələrə 9 milion dollardan çox maddi ziyan vurublar. Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ekvador prezidenti Lenin Moreno Silahlı Qüvvələrin nümayəndələri ilə görüşü zamanı deyib. L.Moreno nümayişlər zamanı 80 hərbçinin yaralandığını qeyd edib. (adsgarden = window.adsgarden || []).push({}); Qeyd edək ki, L.Moreno oktyabrın 3-dən dizel yanacağı və benzin üçün subsidiyaların ləğv edilməsi barədə qərar imzayıb, bundan sonra qiymətlər 120% -dən çox artıb. Bu səbəbdən ölkənin bir sıra şəhərlərində etiraz aksiyaları keçirilir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin