Rusiya, Türkiyə və İran XİN rəhbərləri BMTnin xüsusi elçisi ilə Suriya məsələsini müzakirə ediblər


Dünya 30 Okt 2019 08:26:00 336 0

Rusiya, Türkiyə və İran XİN rəhbərləri BMTnin xüsusi elçisi ilə Suriya məsələsini müzakirə ediblər

Rusiya, Türkiyə və İran xarici işlər nazirləri Sergey Lavrov, Mövlud Çavuşoğlu və Məhəmməd Cavad Zərif və BMT-nin baş katibinin Suriya üzrə xüsusi elçisi Geyr Pederson arasında görüş keçirilib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, görüşdə tərəflər Suriya məsələsini müzakirə ediblər.

Bildirilir ki, görüş Suriyada oktyabrın 30-u fəaliyyətə başlayacaq Konstitusiya Komitəsinin işə düşməsindən əvvəl reallaşıb.

Qeyd edək ki, daha əvvəl nazirlər Astana formatında görüş keçiriblər.