Heydər Əliyev Fondunun vitseprezidenti Leyla Əliyeva VIII Moskva Beynəlxalq Müasir İncəsənət Biennalesinin açılışında iştirak edib FOTO


Digərləri 30 Okt 2019 08:07:00 258 0

Heydər Əliyev Fondunun vitseprezidenti Leyla Əliyeva VIII Moskva Beynəlxalq Müasir İncəsənət Biennalesinin açılışında iştirak edib  FOTO

Oktyabrın 29-da Rusiya paytaxtında VIII Moskva Beynəlxalq Müasir İncəsənət Biennalesi açılıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, sərginin açılışında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

Rusiya Dövlət Tretyakov Qalereyasında keçirilən sərgi "Məkan oriyentasiyası" mövzusuna həsr olunub. Müasir İncəsənət Biennalesində 11 ölkədən 34 rəssamın 50-dən çox əsəri nümayiş etdirilir.

Ekspozisiyada Azərbaycan rəssamları Orxan Məmmədovun "Estetikanın saxlanması ideyası" və Leyla Əliyevanın "Əbədiyyət" multimedia installyasiyaları təqdim olunur.

Orxan Məmmədovun təqdim etdiyi installyasiya da müxtəlif dövrlərə aid 50-dən çox Azərbaycan xalçasının naxışları toplanıb. Rəssamın süni intellektdən istifadə edərək hazırladığı art-obyektdə naxışlar bir-birini əvəzləyir.

Leyla Əliyevanın rəhbərliyi ilə 20 nəfərdən ibarət yaradıcı kollektivin video-art janrında hazırladığı "Əbədiyyət" əsərində insan cəsarətindən söhbət açılır.

İlk dəfə olaraq sərginin Moskva Biennalesinin tərəfdaşı dünyanın ən sanballı qrafik əsərlər toplusu olan Avstriyanın məşhur Albertina muzeyidir. Sərgidə XX əsrin 11 məşhur rəssamının muzeydə saxlanılan əsərləri ümumi mədəni məkanda nümayiş etdirilir.