Moskva Dövlət Universitetinin Bakı filialı "Açıq qapı" günü elan edir


Digərləri 30 Okt 2019 07:56:00 376 0

Moskva Dövlət Universitetinin Bakı filialı "Açıq qapı" günü elan edir

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialı "Açıq qapı" günü elan edir.

Son.az Trend-ə istinadən bildirir ki, "Açıq qapı" günü 2 noyabr 2019-cu il, saat 14:00-da keçiriləcək.

Abituriyentlər 2020/2021-ci tədris ili üçün M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına qəbulun şərtləri və qaydaları ilə tanış ola biləcəklər; həmçinin MDU-nun Bakı filialının filologiya, tətbiqi-riyaziyyat, kimya, psixologiya, iqtisadiyyat və fizika fakültələrində bakalavr və magistr pillələrində tədrislə bağlı hərtərəfli məlumat ala biləcəklər.

Ünvan: Bakı şəhəri, H. Cavid prospekti, 133 ("Elmlər Akademiyası" metro stansiyasının yaxınlığında)