Rusiya XİN Moskva ilə Ankaranın Suriya ilə bağlı memorandumunun həyata keçirildiyini açıqladı


Digərləri 30 Okt 2019 02:17:43 305 0

Rusiya XİN Moskva ilə Ankaranın Suriya ilə bağlı memorandumunun həyata keçirildiyini açıqladı

Moskva Suriyanın şimal-şərqində Rusiya-Türkiyə birgə fəaliyyət haqqında memorandumun həyata keçirildiyini hesab edir

Bakı. Moskva Suriyanın şimal-şərqində Rusiya-Türkiyə birgə fəaliyyət haqqında memorandumun həyata keçirildiyini hesab edir. Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib. A.Qruşko bildirib: "Memorandum həyata keçirilir. Həm yerdə, həm də siyasi kanallar vasitəsilə ən yaxın əməkdaşlıq qurulub". (adsgarden = window.adsgarden || []).push({}); 22 oktyabrda Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Soçidəki görüşdə Suriyanın şimal-şərqindəki vəziyyətin nizamlanması üçün birgə tədbirlər haqqında memorandum qəbul ediblər. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin