Suizənni müalicə etmək olarmı?


Digərləri 29 Okt 2019 23:40:00 263 0

Suizənni müalicə etmək olarmı?

Hər bir rəzil əxlaqi sifətləri müalicə etmək mümkündür, eləcə də sui-zənni. Sadəcə bunu istəmək və bu yolda mübarizə aparmaq lazımdır.

Əgər sui-zənni tərk etmək istəyirsinizsə, ilk növbədə tövbə edib, özünüzü paklamasınız. Sonra sui-zənn etdiyiniz insanlar üçün tövbə edib, onlar üçün bağışlanma istəməlisiniz. Fitnə yaranmadığı halda, onlardan halallıq istəməlisiniz.

Son.az deyerler.org-a istinadən bildirir ki, sui-zənni tərk etmək istəmək - əslində müalicənin yarısı deməkdir. Çünki insan bu əxlaqi xəstəliyini dərk edər və onu aradan qaldırmaq əzminə malik olar. Artıq bu yolda ilk addımı atmış sayılar.

Sui-zənni müalicə etmək üçün bəzi tövsiyələr verilir ki, onlara nəzər salaq:

1. Sui-zənni məzəmmət edən ayə və hədisləri oxumaq və onlar haqqında təfəkkür etmək.

2. Nə zaman kiməsə sui-zənn etdiniz, çalışın bu sui-zənni hüsnü-zənnə çevirib, rəftarınızı o şəxsə qarşı yaxşı edəsiniz. Nəticədə bu rəzil sifət zəifləyəcək və sizi tərk edəcəkdir.

(adsgarden = window.adsgarden || []).push({});