Telefonda oyun oynayan kişinin bir gözü insult oldu


Digərləri 29 Okt 2019 23:25:00 272 0

Telefonda oyun oynayan kişinin bir gözü insult oldu

Smartfonda günün çox vaxtını oyun oynamaqla keçirən kişinin bir gözünün damarında insult baş verib və o, görməsini itirib.

Son.az medicina.az-a istinadən bildirir ki, tibbi klinik hafisə Çinin Şyansi şəhərində baş verib.

Van adlı gənc kişi gecə yatanda da yataqda qaranlıq otaqda videooyunlar oynayırdı. Daha çox sağ gözü ilə ekrama baxan kişi bir gün həmin gözün tam tutulduğunu hiss edir.

Xəstəxanaya gedən pasiyenti müayinə edən həkimlər smartfona çox baxmaqla həmin gözün yüksək təzyiq gördüyünü, gərginləşdiyini və nəticədə torlu qişanın mərkəzi arteriyasının okkluziyasının baş verdiyini bildirib.

Bu çox nadir rast gəlinən ğağır patologiyadır və korluqla nəticələnir.

(adsgarden = window.adsgarden || []).push({});