Rusiyanın müdafiə naziri Azərbaycana səfərə gəlib


Siyasət 29 Okt 2019 22:51:00 281 0

Rusiyanın müdafiə naziri Azərbaycana səfərə gəlib

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Azərbaycana səfərə gəlib.

Son.az Trend-ə istinadən bildirir ki, S.Şoyqunun səfərinin məqsədi oktyabrın 30-u Bakıda onun sədrliyi ilə keçiriləcək MDB-yə üzv olan ölkələrin Müdafiə Nazirləri Şurasının iclasında iştirak etməkdir.

Nazirin mətbuat katibi Rossiyana Markovskaya bildirib ki, iclasda müdafiə və hərbi təhlükəsizlik sahəsində qarşılıqlı əlaqəli bir sıra məsələlər nəzərdən keçiriləcək: "2019-cu ildə hərbi sahədə əməkdaşlığın yekunlarını, həmçinin MDB-yə üzv olan dövlətlərin 2025-ci ilədək hərbi əməkdaşlıq konsepsiyası layihəsini nəzərdən keçirtmək planlaşdırılır".

R.Markovskaya əlavə edib: "Hərbi fəaliyyətlərin topoqrafik, metroloji, informasiya təminatı sahəsində və digər sahələrdə qərarlar veriləcək".

Qeyd edək ki, sabah keçiriləcək MDB-yə üzv ölkələrin Müdafiə Nazirləri Şurasının iclasında həmçinin Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan Müdafiə Nazirliklərinin nümayəndə heyətləri də iştirak edəcəklər.