Ağdaşda ağır qəza, yaralılar var


Digərləri 29 Okt 2019 22:52:00 237 0

Ağdaşda ağır qəza, yaralılar var

Ağdaş rayonunda baş verən qəzada 4 nəfər xəsarət alıb.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, hadisə rayonun Ləki qəsəbəsində qeydə alınıb.

Belə ki, "VAZ-2106" markalı minik avtomobilinin sürücüsü idarəetməni itirərək yol kənarında olan maneəyə çırpılıb.

Qəza nəticəsində 1967-ci il təvəllüdlü Abışov Muxtar Qaçay oğlu, 1971-ci il təvəllüdlü Şahbazov Şəmsəddin Hüseyn oğlu, 1972-ci il təvəllüdlü Hüseyinov Muradxan İsa oğlu və 1968-ci il təvəllüdlü Yusubov Etibar Qədir oğlu ağır xəsarətlər alıblar.

Yaralılar Ağdaş rayon mərkəzi xəstəxanasına çatdırılıblar.