Yəməndə Müdafiə nazirinə raketlərlə hücum etdilər


Dünya 29 Okt 2019 22:56:00 291 0

Yəməndə Müdafiə nazirinə raketlərlə hücum etdilər

Husilər Yəmənin Marib şəhərində Müdafiə naziri Məhəmməd əl-Makdisinin iclası zamanı ofisə raketlərlə hücum ediblər.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Makdisi bombalanan ofisdən sağ qurtulsa da, iki əsgər dünyasını dəyişib. Hücumla bağlı Husilərdən hər hansı açıqlama gəlməyib.

Qeyd edək ki, Yəmənin qərbindəki Marib bölgəsi Husilərin nəzarətindədir.