İsrail səfirlikləri xüsusi mühafizə altına götürüldü


Dünya 29 Okt 2019 22:59:00 253 0

İsrail səfirlikləri xüsusi mühafizə altına götürüldü

İsrail səfirlikləri, İranın yəhudi dövlətinə qarşı hərbi zərbələr endirmək niyyəti ilə əlaqədar artan narahatlıqlar fonunda təhlükəsizlik tədbirlərini gücləndirib.

Son.az virtualaz.org-a istinadən bildirir ki, bu barədə "Times of Israel" xəbər yayıb.

Bildirilir ki, Tehran keçən ay Səudiyyə Ərəbistanındakı neft obyektlərinə edilən hücumdan ruhlanıb və İsrail hədəflərinə zərbələr hazırlayır.

Məlumatda vurğulanıb ki, bir neçə diplomatik nümayəndəliyə müəyyən təhlükəsizlik tədbirləri görmək tapşırılmışdı və onlarda artıq yüksək hazırlıq işləri görülüb.