Rusiyanın müdafiə naziri Azərbaycana səfərə gəlib


Digərləri 29 Okt 2019 22:28:17 187 0

Rusiyanın müdafiə naziri Azərbaycana səfərə gəlib

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Azərbaycana səfərə gəlib

Bakı. Rusiyanın müdafiə naziri Sergey Şoyqu Azərbaycana səfərə gəlib. Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, S.Şoyqunun səfərinin məqəsdi oktyabrın 30-u Bakıda onun sədrliyi ilə keçiriləcək MDB-yə üzv olan ölkələrin Müdafiə Nazirləri Şurasının iclasında iştirak etməkdir. Nazirin mətbuat katibi Rossiyana Markovskaya bildirib ki, iclasda müdafiə və hərbi təhlükəsizlik sahəsində qarşılıqlı əlaqəli bir sıra məsələlər nəzərdən keçiriləcək: "2019-cu ildə hərbi sahədə əməkdaşlığın yekunlarını, həmçinin MDB-yə üzv olan dövlətlərin 2025-ci ilədək hərbi əməkdaşlıq konsepsiyası layihəsini nəzərdən keçirtmək planlaşdırılır". R.Markovskaya əlavə edib: "Hərbi fəaliyyətlərin topoqrafik, metroloji, informasiya təminatı sahəsində və digər sahələrdə qərarlar veriləcək". Qeyd edək ki, sabah keçiriləcəkə MDB-yə üzv ölkələrin Müdafiə Nazirləri Şurasının iclasında həmçinin Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan Müdafiə Nazirliklərinin nümayəndə heyətləri də iştirak edəcəklər. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin