Xarkovda Azərbaycan Mədəniyyət Mərkəzi açılacaq


Siyasət 29 Okt 2019 22:14:00 237 0

Xarkovda Azərbaycan Mədəniyyət Mərkəzi açılacaq

Ukraynanın Xarkov şəhərində Azərbaycanın mədəniyyət nümayəndəliyi açılacaq.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə şəhər meri Gennadi Kerneslə Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev arasındakı görüş zamanı bildirilib.

Bundan əlavə görüş zamanı iki ölkə arasında turizm sahəsində əməkdaşlıq və Azərbaycan biznesinin Ukrayna iqtisadiyyatında iştirakı məsələləri müzakirə olunub.

A.Xudiyev bildirib: "Biz həqiqi təmas nöqtələrini tapmaq və qarşılıqlı faydalı müqavilələr imzalamaq üçün yaxın zamanda Ukraynada iqtisadi forum keçirməyi planlaşdırırıq".

Qeyd edilir ki, Azərbaycan Mədəni-İnformasiya Mərkəzi noyabr ayının 8-i açılacaq.