Xarkovda Azərbaycan Mədəniyyət Mərkəzi açılacaq
Digərləri 29 Okt 2019 22:12:55 218 0
Ukraynanın Xarkov şəhərində Azərbaycanın mədəniyyət nümayəndəliyi açılacaq
Bakı.
Ukraynanın Xarkov şəhərində Azərbaycanın mədəniyyət nümayəndəliyi açılacaq.
Trend-in məlumatına görə, bu barədə şəhər meri Gennadi Kerneslə Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev arasındakı görüş zamanı bildirilib.
Bundan əlavə görüş zamanı iki ölkə arasında turizm sahəsində əməkdaşlıq və Azərbaycan biznesinin Ukrayna iqtisadiyyatında iştirakı məsələləri müzakirə olunub.
A.Xudiyev bildirib: "Biz həqiqi təmas nöqtələrini tapmaq və qarşılıqlı faydalı müqavilələr imzalamaq üçün yaxın zamanda Ukraynada iqtisadi forum keçirməyi planlaşdırırıq”.
(adsgarden = window.adsgarden || []).push({});
Qeyd edilir ki, Azərbaycan Mədəni-İnformasiya Mərkəzi noyabr ayının 8-i açılacaq.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
Mənbə: az.trend.az