Böyük Britaniyanın Baş Nazirinin ticarət elçisi AzMİU-da olub (FOTO)


Digərləri 29 Okt 2019 21:36:20 260 0

Böyük Britaniyanın Baş Nazirinin ticarət elçisi AzMİU-da olub (FOTO)

Ceyms Layl Şarp və “British Council” in Azərbaycan nümayəndəliyinin rəhbəri Summer Xia Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) qonağı olublar.

Bakı. Böyük Britaniyanın Baş Nazirinin ticarət elçisi Baronessa Emma Nikolson, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ceyms Layl Şarp və "British Council" in Azərbaycan nümayəndəliyinin rəhbəri Summer Xia Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) qonağı olublar. AzMİU-dan Trend-ə verilən məlumata görə, səfər zamanı qonaqlar öncə rektor və universitet əməkdaşları ilə qısa görüş keçiriblər. Qonaqlar universitetə qısa tanışlıq turu edərək Creative Spark layihəsi çərçivəsində reallaşdırılan işlərlə tanış olublar. Qonaqlar "Creative Spark" proqramı çərçivəsində təşkil olunan English Club-ın açılış mərasimində iştirak edərək dərs prosesini izləyiblər. Qeyd edək ki, English Club 6 ay davam edəcək və tələbələrə ödənişsiz ingilis dili tədris olunacaq. Daha sonra qonaqlar Lester Universitetinin eksperti Emily Christine tərəfindən keçirilən "Creative Spark" vorkşopuna qatılıblar. (adsgarden = window.adsgarden || []).push({}); Eləcə də AzMİU-da fəaliyyət göstərən İnnovativ Biznes İnkubatorun dəstəyi ilə hazırlanan Start-up layihələri ilə tanış olub, ölkə üzrə qalib olmuş tələbələr və müəllimlərlə söhbətlər aparıblar. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin